“Liverpul”dan yenicə ayrılan Adam Lallana karyerasını İngiltərədə davam etdirəcək.
Qol.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi “Brayton”a keçib. Klubun rəsmi saytı onunla 3 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2014-cü ildən “Liverpul”da çıxış edirdi.