Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lerikə qanunsuz yollarla istirahətə gələn 10 nəfər cərimələndi

Lerikə qanunsuz yollarla istirahətə gələn 10 nəfər cərimələndi

Tarix: 28 Iyul 2020 12:42

Bakı. Trend:

Karantin günlərində müvafiq icazə olmadan qeyri-qanuni yollarla sərtləşdirilmiş karantin rejiminin olduğu digər rayon və şəhərlərdən Lerik rayonuna istirahətə gələn şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn 10 şəxs müəyyən edilərək barələrində tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin rejimi dövründə heç bir icazələri olmadan Lerik rayonuna gələrək burada yerləşən istirahət mərkəzlərində dincələn Bakı, Cəlilabad və Sumqayıt sakini olan şəxslər müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Etiketlər:  Lerikə qanunsuz yollarla istirahətə gələn nəfər cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ