Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 13:52
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 235 nəfərin koronavirusdan (COVID-19) ölməsi ilə bu virusdan ölənlərin sayı 16 147 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində daha 2 667 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 296 273 nəfərə çatıb. Virus daşıyıcılarından 3 902 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari әlavә edib ki, indiyədək 257 019 nəfər koronavirusdan sağalıb.
Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şərqi Azərbaycan, Ərdəbil, İsfahan, Əlborz, İlam, Rəzəvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Lorestan və Hörmüzqan vilayətləri qırmızı zonalardır.
İranda indiyәdәk 2,38 milyondan çox diaqnoz testi hәyata keçirilib.