Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 05:20
Bakı. Trend:
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Hodeyda liman-şəhəri yaxınlığında yerləşən "Ənsar Allah" hərəkatından (husilər) Yəmən üsyançılarının obyektlərinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Əl-Arabiya" telekanalı xəbər verib.
Koalisiya bildirir ki, hədəflər arasında husilər tərəfindən "terrorçuluq hərəkətləri və beynəlxalq gəmiçiliyə təhlükə" yaratmaq üçün hazırlanan minalanmış katerlər olub.
Koalisiyanın zərbələri husilər tərəfindən Səudiyyə Ərəbistanın ən böyük elektrik stansiyasından birinə həyata keçirilmiş raket hücumundan sonra endirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin