Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 09:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Suraxanı rayonunun Zığ bələdiyyə sədri tullantıların düzgün idarə olunmamasına görə cəzalanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib.
Faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olunub.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin