Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 14:04
Bakı. Elnur Bağışov - Trend:
İranda ötәn sutka әrzindә daha 196 nəfərin koronavirusdan (COVID-19) ölməsi öz təsdiqini tapıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 16 343 nəfərə yüksəlib.
Sadat Lari әlavә edib ki, İranda ötən 24 saat ərzində daha 2 636 nəfər koronavirusa yoluxub. Beləliklə bu virusa yoluxanların sayı 298 909 nəfərə çatıb. Virus daşıyıcılarından 4 027 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi İranda indiyədək 259 116 nəfərin koronavirusdan sağaldığını deyib.
Sadat Lari bildirib ki, Tehran, Mazandaran, Gülüstan, Fars, Şərqi Azərbaycan, Ərdəbil, İsfahan, Əlborz, İlam, Rəzəvi Xorasanı, Kirman, Şimali Xorasan, Simnan, Lorestan və Hörmüzqan vilayətləri qırmızı zonalardır.
İranda indiyәdәk 2,4 milyondan çox diaqnoz testi hәyata keçirilib.