Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 18:52
"Yuventus"un hücumçusu Kriştianu Ronaldu A Seriyasının 37-ci turu çərçivəsində qarşılaşacaqları Cagliari ilə oyunu buraxa bilər.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin məşqçilər korpusu 35 yaşlı ulduz futbolçusunu qorumağa qərar veriblər.
Məsələ burasındadır ki, "Yuventus" artıq çempionluğu təmin edib. Avqustun 7-də isə bu komandanı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Lyon"la oyun gözləyir. Bu üzdən də Ronaldoya bu qarşılaşma öncəsi istirahət verilməsi qərara alınıb.
Qeyd edək ki, "Cagliari" - "Yuventus" matçı bu gün keçiriləcək.