Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhem Suaresi istəyir

Bekhem Suaresi istəyir

Tarix: 29 Iyul 2020 22:56

İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin sahib olduğu "İnter Mayami" "Barselona"nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, MLS təmsilçisi 33 yaşlı hücumçuya müqavilə təklif edib. Ancaq Suaresin komandasından ayrılmaq istəmədiyi bildirilir. Qeyd olunub ki, uruqvaylı oyunçunun Kataloniya klubu ilə 2021-ci ilin yayında başa çatacaq müqaviləsini daha 1 il uzadacağı gözlənilir.  Lakin Suaresin müqaviləsinin bəndinə görə o, növbəti mövsüm "Barselona"nın oyunlarının ən az 60 faizində iştirak etməlidir.

Qeyd edək ki, 2014-cü ildən "Barselona"nın formasını geyinən Luis Suares bu mövsüm 28 matça çıxaraq 16 qol vurub və 8 qolun ötürməsini verib.
 


Etiketlər:  Bekhem Suaresi istəyir


RƏYLƏR