Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhem Suaresi istəyir

Bekhem Suaresi istəyir

Tarix: 30 Iyul 2020 08:54

İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin sahib olduğu "İnter Mayami" "Barselona"nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, MLS təmsilçisi 33 yaşlı hücumçuya müqavilə təklif edib. Ancaq Suaresin komandasından ayrılmaq istəmədiyi bildirilir. Qeyd olunub ki, uruqvaylı oyunçunun Kataloniya klubu ilə 2021-ci ilin yayında başa çatacaq müqaviləsini daha 1 il uzadacağı gözlənilir.

Qeyd edək ki, Luis Suares cari mövsümdə 28 matça çıxaraq 16 qol vurub və 8 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Bekhem Suaresi istəyir


RƏYLƏR