Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzərdə jet-ski sürmək istədi, boğuldu

Xəzərdə jet-ski sürmək istədi, boğuldu

Tarix: 21 Iyun 2019 12:30

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Mazandaran vilayətinin Abbasabad rayonunda Xəzər dənizində jet-ski sürən bir şəxs boğulub.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti Abbasabad rayonu Qırmızı Aypara Cəmiyyətinin sədri Əhməd Nəhavəndi deyib.

Ə.Nəhavəndinin sözlərinə görə, Abadis çimərliyində nəzərdə tutulan ərazinin qadağan olunan hissəsində jet-ski aşıb.

Xilasedici jileti olmadığına görə sürücü boğulub, sərnişin isə jiletlə olduğuna görə xilas olub.

Qeyd edək ki, statistikaya əsasən, çimərlik fəsli başlayandan bəri Xəzər dənizinin Abbasabad rayonu sahillərində 3 nəfər boğulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xəzərdə sürmək istədi boğuldu


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR