Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 20:12
Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi bütün konqresmenlərə və digər əməkdaşlara iclaslarda qoruyucu maska taxmağı tapşırıb.
Trend-in məlumatına görə, yeni qərara əsasən, qaydanı pozan konqresmenlər iclasdan uzaqlaşdırılacaq. Deputatlar yalnız çıxış edərkən maskanı çıxara bilər.
Qeyd olunur ki, qərar Texas ştatından olan konqresmen Lui Qomertin koronavirus testinin müsbət nəticə verməsindən sonra qəbul edilib.