Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 21:52
NVIDIA-nın çox yaxında satışa çıxaracağı ekran kartı NVIDIA Ampere A100 OctaneBench göstərmə testi üzrə dünyada ən sürətli oldu.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, dünyanın ən böyük ekran kart istehsalçılarından biri olan Kaliforniya mərkəzli NVIDIA sentyabr ayında Ampere dizaynına əsaslanan yeni yüksək səviyyəli qrafik kartları ilə istifadəçilərini qarşılamağa hazırlaşır. Şirkət tərəfindən təqdim ediləcək və 7 nm ilə istehsal edilən ən yüksək səviyyəli video kartı olan Ampere A100 OctaneBench-in göstərdiyi sınaqlarda dünyada ən sürətli olmağı bacardı.
OctaneBench test nəticələrinə görə NVIDIA-nın Ampere A100 ekran kartı Turing dizaynlı qrafik kartlarından 43 faiz daha sürətli işləyir. Üstəlik, Ampere A100 qrafik kartı render testdən 446 bal toplayaraq Titan RTX-dən 38 faiz daha yaxşı performans göstərib.
Ampere dizaynının görünməmiş sürətə sahib olacağını söyləyən NVIDIA, eyni zamanda yeni kartları ilə ən böyük rəqibi AMD-yə də göz dağı verəcək