Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” “Arsenal”a rəqib oldu

“Barselona” “Arsenal”a rəqib oldu

Tarix: 21 Iyun 2019 15:12

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barselona” “Arsenal”la yoxlama oyunu keçirəcək.

Qol.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hər il “Barselona”  tərəfindən təşkil olunan “Joan Qamper” kuboku çərçivəsində rəqib bu dəfə “Arsenal” olub. Joan Qamper “Barselona” klubunun qurucusu sayılır. O, həm də Kataloniya təmsilçisinin ilk prezidenti olub.

“Joan Qamper” kuboku 1997-ci ildən bu yana iki komandanın iştirakı ilə keçirilir. Ötən il təşkil olunan “Joan Qamper” kubokunda “Barselona” “Boka Xuniors”la qarşılaşmış və 3:0 hesablı qələbə qazanmışdı.
“Barselona” – “Arsenal” matçı avqustun 4-də, “Nou Kapm” stadionunda keçiriləcək.
 


Etiketlər:  Barselona Arsenala rəqib oldu


RƏYLƏR