Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 22:20
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ÜST-nin fövqəldə vəziyyət üzrə Komitəsi ötən gün Cenevrədə keçirilən iclasın yekunları üzrə bəyan edib.
Bildirilir ki, Komitə föqəladə vəziyyət rejiminin uzadılması üzrə tövsiyəsini ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusa təqdim edib və o, bununla razılaşıb.
Qeyd edilir ki, bununla əlaqədar ÜST-nin baş direktorunun qərarı ilə üç ay müddətində komitənin yenidən iclası baş tutacaq.