Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2020 22:24
Bakı. Trend:
İşğalçı Ermənistanın təxribatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini pozmaq cəhdləri açıq şəkildə özünü göstərməkdədir. Ermənistanın baş naziri Nikol Paşinyanın konfliktin həlli istiqamətində Azərbaycana qarşı irəli sürdüyü 7 təklif var ki, rəsmi İrəvan həmin təkliflərin heç birinin Bakı tərəfindən qəbul edilməyəcəyini yaxşı bilir. Ermənistanın rəhbərliyində olan, siyasi aləmdə “Sorosun uşaqları” adlandırılan Nikol Paşinyan və onun virtual Qərbçi komandası sərsəm bəyanatlar, təkliflər verməklə, əslində sülhdə maraqlı olmadıqlarını bir daha göstərməkdədirlər.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Soros Fondundan maliyyələşən Paşinyanın qəbuledilməz təklifləri, İrəvanın məqsədi, belə təkliflərin səbəbləri müzakirəyə çıxarılıb. “Hədəf”in qonaqları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov və politoloq Zaur Məmmədov düşmənin təxribatları, Ermənistan idarəçilərinin avantürist açıqlamaları haqqında fikirlərini bildiriblər. Analitiklərin ortaq fikri bundan ibarətdir ki, Soros Fondunun dəstəyi ilə “inqilab” edib hakimiyyətə gələn Nikol Paşinyan nə daxili, nə də xarici siyasətdə uğur qazana bildi. Ermənistan daxilindəki sosial çətinliklər, problemlərin öhdəsindən hakimiyyətin gələ bilməməsi və xarici ölkələrlə münasibətlərin pozulması, xüsusən də Rusiya ilə münasibətlərdəki gərginlik, “Sorosun uşaqları”nın iflası ilə nəticələnir. Daxili problemlərdən fikri yayındırmaq məqsədiylə rəsmi İrəvan Azərbaycanla sərhəddə təxribatlara əl atır. Verilişdə o da qeyd olunub ki, təxribatına növbəti dəfə cavab alaraq məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq yazıq obrazında xaricdən yardım dilənməyə başlayıb. Amma nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar nə Paşinyanı, nə də ki onun komandasını ciddi qəbul edirlər.
“Hədəf” verilişini tam şəkildə “YouTube” kanalımızdan https://www.youtube.com/watch?v=a-nhPMjVFu8 izləyə bilərsiniz.
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az