Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dadaşovdan növbəti qol

Dadaşovdan növbəti qol

Tarix: 2 Avqust 2020 12:06

ABŞ-ın birinci liqasında (USL) 5-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib. Matç "Finiks Rayzinq"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət oyuna start heyətdə daxil olub, 82-ci dəqiqəyədək mübarizə aparıb. O, 19-cu dəqiqədə  penaltidən hesabı açıb. Dadaşov bundan əlavə 1 qolun vurulmasında da iştirak edib.

Bu, futbolçumuzun mövsümdəki 3-cü qolu olub.

Qeyd edək ki, "Finiks" hazırda 10 xalla B qrupunda 2-cidir.
 


Etiketlər:  Dadaşovdan növbəti


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ