Tarix: 21 Iyun 2019 16:44
Millimizin hücumçusu Ramil Şeydayevin çıxş etdiyi "Krılya Sovetov" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedəcək.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyunun 24-də bu ölkəyə yollanacaq Samara təmsilçisi 3 yoxalama oyunu keçirəcək.
Bir həftəlik toplanışda komanda iyunun 29-da "Hayduk" (Xorvatiya), iyulun 6-da "Çelye" (Sloveniya), ertəsi gün isə "Krasnodar"la (Rusiya) üz-üzə gələcək.
Qeyd edək ki, "Krılya Sovetov"la müqavilə müddəti bu ayın sonu bitəcək Şeydayevin komandada qalıb-qalmayacağı bəlli deyil.