Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək

Tarix: 2 Avqust 2020 15:40

Həftənin çərşənbə günü, avqustun 5-də, "Azərbaycan Hava Yolları" Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək.

AZAL-dan Sonxeber.net-a verilən məlumata görə, Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.

Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:

- diplomatik və xidməti pasportu olan əcnəbilər;

- Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Aviabiletləri yalnız aviaşirkətin rəsmi agentlərindən əldə etmək mümkündür. Azərbaycan ərazisində AZAL-ın reyslərinə rəsmi bilet satışı hüququ olan agentliklərin siyahısı https://www.azal.az/az/article/31082015 saytında qeyd edilmişdir.

Bakıda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə https://www.azal.az/az/information/covid-clinics saytında tanış olmaq olar.

Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur. Testdən aşağıdakı klinikalarda keçmək mümkündür:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ" FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ" FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu" FDBEİ;

- "Təbabət" ("Medisina") SC;

- "İNVİTRO müstəqil laboratoriyası" MMC;

- "Kliniki farmakologiya və farmasiya milli agentliyi" MMC;

- "Laborator-diaqnostika mərkəzi" MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi" MMC.

Bütün hallarda arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Pandemiya dövründə təsdiq edilmiş qaydalara əsasən, təyyarə salonuna əl yükü qismində yalnız kişi portfelinin və ya qadın əl çantasının və ya ölçüləri 30x35x10 sm-dən artıq olmayan noutbuk çantasının (çanta təyinatı üzrə istifadə olunmalıdır) götürülməsinə icazə verilir. Digər əşyalar, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. Həmçinin "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq özünütəcrid şəraitində qala biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. SMS-8103 vasitəsilə verilən icazələr bu şəxslərə şamil edilməyəcək.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı burada izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M


Etiketlər:  AZAL Bakı Moskva Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ