Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yanq Boyz" vaxtından əvvəl İsveçrə çempionu olub

Tarix: 2 Avqust 2020 18:10

Futbol üzrə İsveçrə Superliqasında 2019-2020-ci il mövsümünün qalibi müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Yanq Boyz" klubu yarışların başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Doğma meydanında "Sion" klubunu 1:0 hesabı məğlub edən komanda ölkə çempionatının qalibi adını qazanıb.

Turnir cədvəlində "Yanq Boyz"un ən yaxın izləyicisi "Sankt-Qallen" komandası "Ksamaks" klubunu 6:0 hesabı ilə məğlub etməsinə baxmayaraq beş xallıq fərqi azalda bilməyib.

Beləliklə, "Yanq Boyz" 13-cü dəfə İsveçrə çempionatının qalibi olub.

Milli.Az


Etiketlər:  Yanq Boyz vaxtından əvvəl İsveçrə çempionu olub


RƏYLƏR