Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 14:16
FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə FİFA-nın bəyanatında bildirilib. Qeyd edilib ki, C.İnfantinonun öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur və prezident özünün qurumdakı vəzifələrini yerinə yetirməyə davam edəcək.
Qeyd edək ki, C.İnfantino 2016-cı ilin fevralında FİFA-nın prezidenti seçilib. Bu vəzifədə o, qurumdakı çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən Jozef Blatterini əvəz edib.