Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 20:20
"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Pol Poqbanın satılmağına razılıq verib.
Qol.az-ın "Daily Star"a istinadən yaydığı xəbərə görə, norveçli mütəxəssisin fransalı yarımmüdafiəçinin satışından əldə olunacaq gəlirlə yeni oyunçular almaq istədiyi vurğulanıb.
Qeyd edək ki, Poqbanın "MY" ilə müqaviləsinin müddəti 2021-ci ilin iyununda başa çatır. Onunla "Yuventus" və "Real"ın maraqlandığı iddia olunur.
Xatırladaq ki, bundan əvvəl "MY"nın Poqbanı komandada saxlamaq üçün 290 min funt-sterlinq olan məvacibini 2 dəfəyə yaxın artırmağa hazır olduğu bildirilirdi.