Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 22:52
"Zirə” növbəti mövsüm üçün təlim-məşq toplanışına start verib.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası Biləcəri Futbol Mərkəzində bir araya gəlib.
Bakı təmsilçisinin hazırlığı 2 mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 19-dək Bakıda gerçəkləşəcək. Bakılılar bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Hazırlığın ikinci hissəsi 20 iyul – 4 avqust aralığında Türkiyənin Bolu şəhərində olacaq və komanda qonşu ölkədə də 4 yoxlama oyunu keçirəcək.
Yuxarı