Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Barselona” ilə oyundan əvvəl ciddi itki

“Barselona” ilə oyundan əvvəl ciddi itki

Tarix: 4 Avqust 2020 21:52

"Napoli" Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə cavab oyunu ərəfəsində ciddi itki ilə üzləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. 29 yaşlı futbolçu A Seriyasının son turunda  “Latsio” ilə oyunda (3:1) zədələnib.
 
Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.

“Barselona” – “Napoli” oyunu avqustun 8-də keçiriləcək. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

 


Etiketlər:  Barselona ilə oyundan əvvəl ciddi itki


RƏYLƏR