Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusla bağlı vəziyyət gərginləşib, yoluxma sayı artıb

Türkiyədə koronavirusla bağlı vəziyyət gərginləşib, yoluxma sayı artıb

Tarix: 4 Avqust 2020 22:39

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 46 249 şübhəli koronavirus testindən keçib, onlardan 1083-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 583 nəfər olub, 994 xəstə isə sağalıb.

F.Qoca bayram günlərində COVID-19-dan qorunma qaydalarına əməl olunmadığı üçün xəstəliyə yoluxma sayında ciddi artım yaranmasından narahatlığını ifadə edib.

Qeyd edək ki, Türkiyədə indiyədək ümumilikdə 234 934 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5765 nəfər ölüb.

"Yeni xəstə sayındakı artım ciddidir. İki gün arasındaki fərq yaxın dövrdə ilk dəfə bu qədər aşkar hiss olunur. Bayram və istirahət zamanı toplaşma hallarının ağır nəticələrə yol açmasına imkan verməməliyik. Hər birimiz bir-birimizə qarşı məsuliyyət daşımalıyıq. Tədbirdə birliyə ehtiyacımız var", - deyə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabındakı paylaşımında bildirib.


Etiketlər:  Türkiyədə koronavirusla bağlı vəziyyət gərginləşib yoluxma sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ