Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 10:06
ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən millimizin futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi komandasına düşüb.
Qol.az xəbər verir ki, 6-cı turda "El Paso" ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə qələbədə böyük rol oynayan 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb. Dadaşovun komanda yoldaşı - qapıçı Erik Dik də ən yaxşı 11-likdədir.
Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 4 qol vurub. O, bombardirlərin siyahısında 2-ci pillədədir.