Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tarix: 5 Avqust 2020 11:24

Milli Məclisin növbədənkənar iclası keçirilir.

İclası Milli Məclisin spikeri Sahibə Qafarova açıq elan edib.

Milli.Az Trend-ə istinadən əbər verir ki, iclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında", "Məşğulluq haqqında", "İşsizlikdən sığorta haqqında" qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri müzakirə ediləcək.

Milli.Az


Etiketlər:  Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ