Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 10:36
Bakı. Trend:
ABŞ-ın Florida ştatında polis Prezident Donald Trampın malikanəsinin ərazisinə silahla daxil olmuş 3 yeniyetməni saxlayıb.
Trend-in məlumatına görə, həmin yeniyetmələr polis təqibindən qaçarkən təsadüfən D.Trampın Mar-a-Laqo malikanəsinə daxil olublar.
Qeyd olunur ki, polis helikopterlər vasitəsilə onları aşkar edib. Yeniyetmələrin üzərində olan çantadan AK-47 avtomatı və patronlar aşkar edilib.
İnsident baş verən zamanı Prezident və ailəsi malikanədə olmayıb.