Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var"

Tarix: 6 Avqust 2020 13:02

Naxçıvan blokadadır. Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib: "Naxçıvan ayrılan az vəsaitlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın, yoxsa Ermənistanla döyüşsün? Biz bu gün Naxçıvanı qorumalıyıq. Bu gün ordumuz Naxçıvanda Türkiyə ilə birlikdə təlimlər aparır. Üçüncü oxunuşa qədər bu məsələyə yenidən baxılsın, Naxçıvana kifayət qədər vəsait ayrılsın. Bu gün blokada şəraitində olan Naxçıvanın qorunması çox vacibdir. Oradakı insanlar məhsulu heç yerə çıxara bilmir. İranla, Türkiyə ilə də yol bağlıdır".

Milli.Az


Etiketlər:  Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ