Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sarri Ronaldonu oynatmaq istədiyi mövqeyi açıqladı - yaxtada görüş

Sarri Ronaldonu oynatmaq istədiyi mövqeyi açıqladı - yaxtada görüş

Tarix: 22 Iyun 2019 16:36

"Yuventus"un yeni baş məşqçisi Maurissio Sarri hazırda istirahət edən futbolçusu Kriştiano Ronaldo ilə görüşüb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun yaxtasında olan  görüş zamanı 60 yaşlı mütəxəssis öz planları barədə danışıb. Sarri Ronaldonu mərkəz hücumçusu kimi gördüyünü söyləyib. O hesab edir ki, bu, 34 yaşlı oyunçunun daha çox qol vurmağına imkan yaradacaq.

Qeyd edək ki, Sarri açıqlamasında Ronaldoya yeni rekordlar qırmaq üçün kömək etmək istədiyini söyləyib.

 


Etiketlər:  Sarri Ronaldonu oynatmaq istədiyi mövqeyi açıqladı yaxtada görüş


RƏYLƏR