Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 da HİV kimi yaşayacaq?

COVID-19 da HİV kimi yaşayacaq?

Tarix: 8 Avqust 2020 21:21

Koronavirus-COVİD-19 pandemiyasının nə zaman başa çatacağı, ümumiyyətlə, virusun nə zaman yox olacağı məlum deyil. Bununla bağlı sadəcə, mülahizələr, proqnozlar səslənir.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Minnesota Universitetinin alimləri isə SARS-CoV-2 koronavirusunun heç vaxt tamamilə məğlub olmayacağını açıqlayıblar. Onlar hesab edir ki, yalnız vaksin insan orqanizminə uyğunlaşan və adi soyuqdəymə, qrip virusları kimi eyni şəkildə dolaşan COVID-19 patogeninin yayılmasını məhdudlaşdıra bilər.
Yoluxucu Xəstəlikləri Araşdırmaları Mərkəzinin direktoru Maykl Osterholmın sözlərinə görə, bu virus da HİV kimi insanlarla birlikdə yaşayacaq. Mütəxəssis, peyvəndin köməyi ilə insanların uzunmüddətli immunitet əldə edə biləcəyinə şübhə ilə yanaşdığını bildirib. Çünki xəstəliyə yoluxanlarda antitelin verdiyi qoruma tədricən zəifləyir. Onun sözlərinə görə, peyvənd bir neçə aydan bir neçə ilə qədər davam edəcək immunitet  yarada bilər. Daha təsirli peyvəndlərin hazırlanması üçün daha çox tədqiqat tələb olunur, lakin indi bəşəriyyətin buna vaxtı yoxdur.


Etiketlər:  COVID HİV kimi yaşayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ