Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2019 09:52
Təbrizin “Traktor Sazi” klubunun adı dəyişdirilib.
Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən verir ki, "al qurdlar" bundan sonra “Traktor” adı ilə çıxış edəcək.
Ötən mövsüm klubu alan rəhbərlik farsca olan “Sazi” sözünün komandanın adından çıxarılmasını istəyib.
Təbriz klubunun ən böyük azarkeş qrupunun sosial şəbəkəsində komandaya Azərbaycan sözünün əlavə olunacağı ilə bağlı iddia olunur.
Qeyd edək ki, "Traktor" klubu 1970-ci ildə Traktor fabrikinin dəstəyi ilə yaradılıb.