Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“LCD” ekranlı üç yeni “Huawei” televizoru buraxılacaq

“LCD” ekranlı üç yeni “Huawei” televizoru buraxılacaq

Tarix: 11 Avqust 2020 08:28

"Huawei" şirkəti "Huawei Smart Display" adlı "ağıllı" televizorlar seriyasına üç yeni model əlavə etməyə hazırlaşır. Bu barədə məlumat Çinin "3C" tənzimləyici orqanının bazasında dərc olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, seriyaya "AD80HN", "AD80HW" və "AD80**" model nömrəli televizorlar daxil olacaq.

Yeni "Huawei" "ağıllı" televizorları maye-kristal ekranlarla (LCD) təchiz ediləcək. Bu isə o deməkdir ki, onlar nisbətən ucuz qurğular kateqoriyasına aid olacaq. Bundan başqa, televizorlar üçün displeylər tədarükçüsü qismində Çinin "BOE" şirkəti çıxış edəcək. Onun dünyanın ən böyük maye-kristal ekranlar istehsalçılarından olmasına baxmayaraq "OLED" panellərin istehsalını genişləndirərək gələcəkdə "Samsung" və "Apple" smartfonları üçün displeylərin tədarükünə başlamaq niyyətindədir.

Yeni televizorların texniki xüsusiyyətləri barədə məlumat verilmir.

Milli.Az


Etiketlər:  LCD ekranlı üç yeni Huawei televizoru buraxılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ