Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləyir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləyir

Tarix: 23 Iyun 2019 21:03

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk Çakmak ilə görüşüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə KOBİA-nın rəhbəri tərəfindən Agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər və həyata keçirlən layihə və proqramlar haqqında ətraflı məlumat verilib, müvafiq istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Mələk Çakmak FAO-nun Azərbaycan üzrə fəaliyyət istiqamətləri və hədəfləri barədə danışaraq, kiçik və orta biznesin FAO-nun fəaliyyət göstərdiyi sahələr üzrə prosesə cəlb edilməsinin dəstəklənməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri baxımından əhəmiyyətli olduğu bildirib.

Görüşdə KOBİA və FAO arasında KOB-ların inkişafı üzrə potensial əməkdaşlıq layihəsi istiqamətində ətraflı müzakirələr aparılıb və yaxın müddətdə bu sahədə uyğun layihənin müəyyən edilərək həyata keçirilməsinə dair razılıq əldə olunub. Eyni zamanda Mələk Çakmak KOBİA nümayəndə heyətini FAO-nun Romada yerləşən ofisinə dəvət edib və səfər çərçivəsində FAO-nun bu sahədə dünyada həyata keçirdiyi ən yaxşı təcrübələrə dair ikitərəfli müzakirələrin təşkil ediləcəyini bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ərzaq Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda kiçik orta biznesin inkişafını dəstəkləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ