Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 15:30
"Yuventus" "Anderlext"in futbolçusu Samuel Mbanqulanı transfer edib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Onun əvvəlcə U-17 komandasında oynayacağı bildirilib.
Qeyd edək ki, Turin təmsilçisi bir neçə gün əvvəl baş məşqçisi Maurisio Sarrini istefaya göndərib və onu Andrea Pirlo ilə əvəzləyib.