Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının Binəqədi rayonunda bıçaqlanma olub

Bakının Binəqədi rayonunda bıçaqlanma olub

Tarix: 13 Avqust 2020 08:24

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xutor qəsəbəsi 15 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Adil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, o, komatoz vəziyyətindədir.

Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Milli.Az


Etiketlər:  Bakının Binəqədi rayonunda bıçaqlanma olub


RƏYLƏR