Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın oyununda ukraynalı hakimlər

“Qarabağ”ın oyununda ukraynalı hakimlər

Tarix: 13 Avqust 2020 10:12

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” oyununun hakimləri bəlli olub.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.

 

 


Etiketlər:  Qarabağın oyununda ukraynalı hakimlər


RƏYLƏR