Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ayağım qırılmasaydı, 40 metr qaçardım - Tuheldən qələbə şərhi

''Ayağım qırılmasaydı, 40 metr qaçardım -  Tuheldən qələbə şərhi

Tarix: 13 Avqust 2020 11:26

“Ayağım sağlam olsaydı, qələbəni necə bayram edəcəyimi təsəvvür edin. Bəlkə də, 40 metr qaçdığımı görərdiniz. Bu gün klubun 50 yaşı tamam olur. Ona görə də bu günü unutmayacağıq”.

Qol.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 1/4 finalında “Atalanta”ya qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Almaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Paris klubunun yarımfinala yüksəlməsini böyük uğur adlandırıb: “Klub tarixində bu anın bir hissəsi olmaqdan çox məmnunuq. Kənardan baxan insanlara belə gözəl oyun asan gəlir. Onlar bu hədəflərə çatmağın nə qədər çətin olduğunu başa düşmürlər. Bu, hamımız üçün çox böyük bir addımdır.

İndiki məqamda komandanı oyuna hazırlamaq çətindir. Fransada mövsüm erkən dayandırıldığından futbolçular oyun ritmində deyildilər. Ancaq komandada qətiyyət, həvəs gördüm. Qələbəyə layiq idik. Ancaq qol gec vurulunda daha çox sevindirici olur”.

Xatırladaq ki, PSJ 90 və 90+3-cü dəqiqədə vurduğu qollar sayəsində tarixində ilk dəfə ÇL-in yarımfinalına yüksəlib.

 


Etiketlər:  Ayağım qırılmasaydı metr qaçardım Tuheldən qələbə şərhi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ