Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 16:56
Bakı. Trend:
Rusiyanın istehsal etdiyi koronavirus vaksininin qoruma özəllikləri orqanizmə daxil edildikdən sonra iki il müddətində davam edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyi nəzdində Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Gintsburq deyib.
O bildirib ki, vaksinin orqanizmi müdafiəsi qısamüddətli olmayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya “Spuntik V” adlı koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.