Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 17:10
İqtisadiyyat Nazirliyində yeni təyinat olub.
Sonxeber.net bildirir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.
Qeyd edək ki, Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olub.