Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO)

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO)

Tarix: 14 Avqust 2020 17:15

Bakı. Trend:

14 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana hərbi təcavüzü və erməni təxribatı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda onlayn forum baş tutub.

Gənclər Fondundan Trend-ə bildirilib ki, forumda Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər.

Gənclər Fondunun rəsmi facebook səhifəsi vasitəsilə canlı yayımlanan görüşdə iştirak edən rəsmilər gənclərin şərhlərə yazdıqları sualları cavablayaraq, Azərbaycan həqiqətlərinin gənclər tərəfindən dünyaya çatdırılmasındakı mühüm rolu, gənclərin bu sahədə fəaliyyətlərini düzgün qurmalarının əhəmiyyəti və dünyanın hər yerində yaşayan gənclərimizin şəbəkələşərək vahid amal uğrunda birləşmələrinin vacibliyinə toxunublar.
Eyni zamanda, rəsmilər öz çıxışlarında xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiyaların əhəmiyyətini vurğulamış, müasir gəncliyimizin vətənpərvərlik anlayışının geniş olmasını, təhsilli və fərdi inkişafı vasitəsilə vətənə xeyir verməyə çalışdıqlarını təqdirəlayiq hal kimi dəyərləndirmişlər.

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO) - Gallery Image “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO) - Gallery Image “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO) - Gallery Image “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO) - Gallery Image “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu mövzusunda forum keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ