Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 12:16
"Barselona" ötən gecə Çempionlar Liqasının 1/ 4 finalında "Bavariya"ya ilə matçda (2:8) 74 il sonra qapısında 8 top görüb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, son dəfə 1946-cı ildə İspaniya kubokunda "Sevilya" Kataloniya klubuna 8 qol vurmağı bacarıb. "Barselona" həmin görüşdə fərqlənə bilməyib.
Belə uğursuz nəticə onlar üçün Çempionlar Liqasında isə ilkdir. Komanda tarixi ərzində heç vaxt bu turnirdə 8 qol buraxmamışdı.
Həmçinin "Barselona" bunadək avrokuboklarda cəmi 2 dəfə 5 və daha artıq qol buraxıb. Sözügedən oyunlar 1962-ci ildə Yarmarkalar kubokunda "Valensiya" (2:6), 1976-cı ildə isə UEFA kubokunda "Levski" ilə (4:5) matçlardır.