Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Vergi Xidməti: ''İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək''

Dövlət Vergi Xidməti: ''İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək''

Tarix: 15 Avqust 2020 13:20

İctimai iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

Onun sözlərinə görə, müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək: "Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Bunda başqa, oturacaqlar arasında iki metr məsafəni təmin etmək lazımdır, bir masa arxasında isə 6 nəfərdən çox şəxs otura bilməz. Obyektlərə girişdə və kassa yaxınlığında dezinfeksiya vasitələri olmalıdır".

O əlavə edib ki, müəyyən fəaliyyət sahələrinin işinə, ümumiyyətlə, icazə verilmir və qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək.


Etiketlər:  Dövlət Vergi Xidməti İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ