Tarix: 15 Avqust 2020 14:44
“Barselona”nın kapitanı Lionel Messi komandadan ayrılmaq qərarına gəlib.Qol.az “COPE”ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu klub rəhbərliyindən narazıdır. O, 2021-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir. Argentinalı oyunçunun yalnız klubda ciddi dəyişikliklər ediləcəyi halda komandada qalacağı bildirilir.
Xəbərdə o da qeyd edilib ki, “İnter” 2021-ci ildə Messini transfer etmək niyyətindədir. İtaliya təmsilçisi bu keçidə görə 260 milyon avro xərcləməyə hazırdır və futbolçuya 4 illik müqavilə təklif etməyi planlaşdırır.
Xatırladaq ki, “Barselona” ötən gecə Çempionlar Liqasının 1/4 finalında “Bavariya”ya 2:8 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.