Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Tarix: 15 Avqust 2020 21:08

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə Milli.Az Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

Milli.Az


Etiketlər:  Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ