Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təzə çəkilmiş şirələrin zərərləri bunlardır

Təzə çəkilmiş şirələrin zərərləri bunlardır

Tarix: 16 Avqust 2020 17:48

Rusiyalı mütəxəssislər təzə çəkilmiş şirələrin fayda və zərərlərini təhlil ediblər.

Sonxeber.net İnterAz istinadən bildirir ki, araşdırmanı Rusiya Keyfiyyət Sisteminin ("Roskaçestvo") ekspertləri aparıb.

Məlumata görə, zəngin vitamin və mikroelement kimi açıq-aşkar yararlarından başqa, təzə çəkilmiş şirələrin istehlakı orqanizm üçün ciddi fəsadlara yol aça bilər.

Belə ki, şirə istehlakının təhlükələrindən biri içindəki qida turşusunun dişlərin minasına zərər verməsidir. Ekspertlər qeyd ediblər ki, şirədəki turşuların dişlər üçün mənfi təsiri tam taxıllı meyvə-tərəvəzdəkindən daha təhlükəlidir.

Bildirilib ki, şirədəki turşular həm də mədə-bağırsaq sistemi üçün də potensial təhlükədir. Şirə içildikdən sonra mədə-bağırsaq traktında qıcıqlanmalar müşahidə edilə bilər. Bu səbəbdən mütəxəssislər təzə çəkilmiş şirəni acqarına içməməyi tövsiyə edir.

Şirənin bir başqa mənfi tərəfi isə onun içindəki şəkərdir. İstehlakçıların əmindirlər ki, "təbii" şirə "adisindən" daha faydalıdır.

"Əslində, ağ şəkər qlükoza və fruktozadan ibarətdir. Bilmək lazımdır ki, həm şəkər, həm də fruktozanın həddindən artıq istehlakı orqanizm üçün zərərlidir", - Rusiya Keyfiyyət Sisteminin mütəxəssisləri bildirib.

Qeyd olunub ki, fruktozanın işlənmə prosesi qaraciyərdə getdiyinə görə onun işlənməyən hissəsi piyə çevrilir və artıq çəkiyə yol açır.      


Etiketlər:  Təzə çəkilmiş şirələrin zərərləri bunlardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ