Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 18:52
Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına uğurlu başlayıb.
Qol.az-ın məlumatına görə, kişilərin şəxsi yarışında G qrupunda mübarizə aparan idmançı ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Ezmi Qovimuramadhon iyunun 25-də Robert Mann (Lüksemburq), 26-da Vladimir Malkovla (Rusiya qarşılaşacaq.