Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 07:32
Yer üzündə 3 milyarddan çox insan oyunçudur.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə DFC Intelligence şirkəti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu böyük göstərici ilk növbədə, smartfonlarda oynayanların sayından asılıdır.
Smartfon oyunçularının yarıdan çoxu Asiya sakinləridir. Bu bölgədə mobil oyunçuların 54%-i məskunlaşır. Daha 17%-i Avropanın, 11%-i isə Latın Amerikasının payına düşür, qalan bölgələrin oyun istifadəçisi üzrə bazar payı 10%-dən azdır.
Personal kompüter oyunlarına gəldikdə isə, burada bazar lideri Çin sayılır. Çində təxminən 300 milyon insan oyunçudur. Hindistanda bu seqmentin 150 milyona yaxın oyunçusu var. Rusiya, Ukrayna və digər MDB ölkələrində də qeymerliklə məşğul olanlar var, bu bölgədə 120 milyon oyunçu mövcuddur.