Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 10:30
Azərbaycan və Xorvatiya çarter uçuşlarına başlamağa böyük maraq göstərir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bildirib.
Səfir deyib ki, hazırda COVID-19 səbəbindən Xorvatiyaya turizm məqsədi ilə vizaların verilməsi ilə bağlı müraciətlərə baxılması dayandırılıb:
"Dünyada koronavirusun gələcək təsirinin proqnozlaşdırıla bilməməsi və vaksin ətrafındakı qeyri-müəyyənlik səbəbindən turizm sektorunda mübadilənin necə inkişaf edəcəyini söyləmək çətindir. Lakin hər iki tərəf çarter reyslərinin açılmasına böyük maraq göstərir".
Xatırladaq ki, 2016-cı ildə Xorvatiya Azərbaycan vətəndaşları üçün ölkəyə giriş qaydalarını sadələşdirib.