Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messi "Barselona"dan ayrılsa, klub adını dəyişdirməli olacaq"

Tarix: 18 Avqust 2020 15:20

"Barselona"nın sabiq oyunçusu Samuel Eto'o Lionel Messinin Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun komandada qalmalı olduğunu deyib:

"Messini öz övladım kimi sevirəm və onun üçün ən yaxşısını arzulayıram. "Barselona" demək, Messi deməkdir. O, "Barselona"dan ayrılmağa qərar versə, klub adını dəyişdirməli olacaq. Messinin karyerasını "Barselona" bitirməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Ümid edirəm ki, rəhbərlik klubun yaxşılığı üçün qərarlar qəbul edəcək".

Milli.Az


Etiketlər:  Messi Barselonadan ayrılsa klub adını dəyişdirməli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ