Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 16:16
Bakı. Trend:
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 iyul tarixli qərarı ilə ləğv prosesində olan “Amrahbank” ASC-nin, “NBC Bank” ASC-nin, “Atabank” ASC-nin və “AG Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.
Fonddan Trend-ə bildirilib ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və kreditorun adı və ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumatları təqdim etməlidirlər.
Kreditorlardan kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə qeyd olunan ünvana müraciət etmələri xahiş olunur. Ləğv prosesində olan “Amrahbank” ASC üzrə Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39), “NBC Bank” ASC üzrə Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, məhəllə 2054, “NBC Bank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrəsi: 932), “Atabank” ASC üzrə Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, “Atabank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00, qaynar xətt – 136), “AG Bank” ASC üzrə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 102A, “AG Bank” ASC-nin baş ofisi (Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010), qaynar xətt: 135) Kreditor tələblərinin qeydiyyatı sentyabrın 14-dək aparılacaq.